Elm insanları asılılıq yaratmayan, təbii ağrıkəsici mexanizm kəşf edib

Elm insanları asılılıq yaratmayan, təbii ağrıkəsici mexanizm kəşf edib Leeds Universitetinin rəhbərliyi ilə aparılan yeni araşdırma, insan orqanizminin opioidlərə bənzər, lakin asılılıq riski daşımayan təbii ağrı bloklama sistemi olduğunu üzə çıxarıb.

Bu barədə xarici mediaya istinadla xəbər verir.

Bu kəşf xroniki ağrı müalicəsində inqilabi dəyişiklik yarada və opioid asılılığını azaltmaq üçün yeni müalicə yollarına qapı aça bilər.

Tədqiqata görə, orqanizm müəyyən sinir uclarında ağrı siqnallarını zəiflədən benzodiazepinlərə bənzər təbii peptitlər istehsal edir. Bu peptitlər onurğa beyni düyünlərində yaranır və yalnız periferik sinir sistemində təsir göstərdiyi üçün opioidlərdə görülən yuxululuq, huşun qarışması və ya asılılıq kimi yan təsirlərə səbəb olmur.

Tehsil-press.az

Oxşar xəbərlər