Hüquqşünas Rəqsanə ilə bağlı qərardan danışdı: “Niyə bəzilərini dərhal həbs edirsiniz, bəzilərini isə ev dustaqlığına buraxırsınız?”

Hüquqşünas Rəqsanə ilə bağlı qərardan danışdı: “Niyə bəzilərini dərhal həbs edirsiniz, bəzilərini isə ev dustaqlığına buraxırsınız?” Hüquqşünas Rəqsanə ilə bağlı qərardan danışdı: “Niyə bəzilərini dərhal həbs edirsiniz, bəzilərini isə ev dustaqlığına buraxırsınız?”

“Hesab edirəm ki, müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılmasına əsas var. İnsan niyə həbs olunmalıdır? Hələ ki barəsində istintaq gedir. Qanuna görə, insanı o vaxt həbs edirlər ki, qaçıb gizlənmək, yaxud istintaqa qanunsuz müdaxilə, təsir etmək ehtimalı var. Əks halda, niyə insanı indidən tutub saxlasınlar? Ev dustaqlığı verirlər, elektron qolbaq taxırlar ki, daim harada olduğunu bilsinlər. İstintaq gedir. Sabah təqsiri təsdiqlənəcəksə, məhkəmə cəzasını verəcək”.

Bu sözləri açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

“Həbs istintaq gedə-gedə qətimkan tədbiridir. Rəqsanə İsmayılovanı dələduzluqda ittiham edirlər. Ola bilər, edib, ola bilər, etməyib. Edibsə belə, dələduzdur, onun cəmiyyət üçün nə təhlükəsi var? Kimisə öldürməyəcək... Söhbət bundan getmir. Bizdə niyə Rəqsanənin ev dustaqlığına buraxılması birmənalı qarşılanmadı? Çünki daha yüngül əməllərə görə dərhal həbs edirlər. Rəqsanənin etdiyi dələduzluq nə qədərdir? İnsan var ki, xırda dələduzluqda ittiham olunur, dərhal həbs edilir. Söhbət bundan gedir ki, niyə belə ayrıseçkilik var? Niyə bəzilərini dərhal həbs edirsiniz, bəzilərini isə ev dustaqlığına buraxırsınız? Müğənni Rəqsanənin ev dustaqlığına buraxılması buna görə ajiotaja səbəb oldu. Bütövlükdə isə mən də hesab edirəm ki, niyə həbs olunmalı idi?” - hüquqşünas bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər