Rektor Elçin Babayev BDU-da təhsil alan xarici tələbələrin bir qrupu ilə görüşüb

Rektor Elçin Babayev BDU-da təhsil alan xarici tələbələrin bir qrupu ilə görüşüb Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində BDU-da təhsil alan tələbələrlə görüşüb.

Rektor xarici tələbələrin BDU ailəsinin bir parçası olduqlarını bildirib. Xarici tələbələrin təhsil və sosial məsələlərinin daim Universitet rəhbərliyinin diqqət mərkəzində olduğunu diqqətə çatdırıb. Rektor onların gələcək fəaliyyətlərində BDU-da qazandıqları biliklərin mühüm rol oynayacağına əminliyini bildirib.

Rektor xarici tələbələrin təhsil və yaşayış şəraitləri, ölkəmizlə bağlı təəssüratları ilə yaxından maraqlanıb, onların fikir və təkliflərini dinləyib. Tələbələrə tək tədris sahəsində deyil, BDU-nun sosial və ictimai həyatında da aktiv iştirak etməyi tövsiyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər