Azərbaycan Texniki Universitetinin rektoru əcnəbi tələbələrlə görüşüb

Azərbaycan Texniki Universitetinin rektoru əcnəbi tələbələrlə görüşüb Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev universitetdə təhsil alan əcnəbi tələbələrlə görüşüb.
Görüşdə rektor yüksəkixtisaslı mütəxəssislər hazırlayan universitetin tarixi, inkişaf mərhələləri, tədris və elmi fəaliyyəti, sosial həyatı ilə bağlı məlumat verib, görülən işlər, yaradılan imkanlar barədə danışıb.
Universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edən Vilayət Vəliyev tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması barədə işlər görüldüyünü bildirib.
Davamlı olaraq tələbələrlə görüşəcəyini deyən rektor istək və arzuları, təklif və problemləri olacaqları təqdirdə ona müraciət etmələrini tövsiyə edib.
Rektor tələbələrin irad və təkliflərini dinləyib, suallarını cavablandırıb.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər