Hansı müəllimlərin maaşı artacaq? - AÇIQLAMA

Hansı müəllimlərin maaşı artacaq? - AÇIQLAMA Ötən gün Milli Məclisin iclasından deputat Vüqar Bayramov təklif edib ki, sertifikasiya imtahanlarında 51 baldan deyil, 80 faizindən daha çoxunu toplayan müəllimlərin maaşları 35 faiz artırılsın.

Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sertifikasiyada 51 bal və üzəri nəticə göstərənlərdə 35 faiz, digərlərində isə 10 faiz – hansı ki, 31 bal və üzəri nəticə göstərənlər var – onlarda isə 10 faiz əməkhaqqı artımı var:

"Düşünürəm ki, 45 bal toplayanla 31 bal toplayan arasında müəyyən qədər də olsa fərq gözləməliyik. Ən azı onların 35 faiz olmasa da, 15 faiz əməkhaqqı artırıla bilər. Tutaq ki, 31 baldan 45 bala qədər 10 faiz nəzərdə tutulursa, 45-51 aralığına da 15 faiz əməkhaqqı şamil etmək olar".

Mütəxəssis bildirdi ki, ümumi 48 baldan yuxarı hamısına 35 faiz əməkhaqqının şamil olunması məsələsinə yalnız aidiyyəti üzrə baxıb qərarlaşdırmaq olar:

"Amma fikrimcə, əsas məsələ 50 bal və üzəridir. Yəni, əgər bir şəxs 60 sualdan 50 doğru cavablandıra bilirsə, demək ki, fərqləndirmək mütləq lazımdır. Amma mənə görə ən idealı olardı ki, 31 baldan 40 bala qədər 10 faizdirsə, 40-45 aralığı 15 faiz, 45-50 bal aralığı isə 20 faiz əməkhaqqı artımı, 50 baldan yuxarılarda isə olduğu kimi 35 faiz əməkhaqqı artımı daha məntiqli və məqsədəuyğun olar. Maaşların artırılması, təbii ki, sertifikasiya prosesində iştirak edən hər bir müəllim müsabiqə şərtini ödəyibsə, hamısına şamil olunmalıdır. Yəni, burda hansısa bir istiqaməti fərqləndirmək düzgün deyil".

Tehsil-press.az

Oxşar xəbərlər