O videoları Mehman Hüseynova kim göndərib? - VİDEO

O videoları Mehman Hüseynova kim göndərib? - VİDEO Xəbər verdiyimiz kimi, DTX Prezidentin ailəsini şantaj edən F.S-ni saxlayıb.

Prezident İlham Əliyevin ailəsinə qarşı həyata keçirilən şər və qarayaxma kampaniyası ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin materiallarına əsaslanan araşdırmanı təqdim edir.

Saxlanılan F.S ilə danışığında Zəki Səlimov özü etiraf edir ki, bu videoları özünü blogger adlanan şəxslərə kimlərsə ötürüb və bu qarayaxma kampaniyası sifarişlidir.

Saxlanılan şəxsin telefonunda tapılan audio yazının bir hissəsini təqdim edirik:

“Salam, başa düşmək lazımdır, anlamaq lazımdır ki, düymə haradan basılıb? Məsələnin Mehman tərəfindən ortaya qoyulmasına icazə verilir. Başa düşürsən? Bizə də icazə verilir ki, yəni bunu bir az qabardaq, bir az yayaq. Bilirsən ki, burada kimsə, nəyisə artıq dərəcədə qoysa ortalığa vurulacaq. Yəni bunu sən gözəl başa düşürsən. Gözəl də bilirsən, yəni ki, aparılan oyunlarda kimə hansı rol verilir və hara kimi icazə verilir. Bu çox geniş, dərin bir söhbətdir. Ona görə mən belə qısaca üstdən deyirəm, çünki sən bunları bilirsən. Ona görə də sənlə bu barədə söhbət eləyirəm. Bu günləri biz, yəni ki, o icazə verilən xəttədək gedirik. Oradan o yana keçsək, olduqca çətin bir vəziyyət yaranar. Çünki bu rejimin artıq yuxarıdan düyməsi basılıb ki, bu rejim artıq dəyişilməlidir. İndi hansı formadan, hansı formatda dəyişilməlidir sualı durur ortada. Yəni, bizə icazə verəcəklərmi biz dəyişək, ya kimisə gətirəcəklər dəyişməyə? Ona görə mən həmişə söhbətdə nə deyirəm? Deyirəm, böyük siyasətin içində oyun qurmağı bacarmaq lazımdı. Əgər biz oyun qura bilsək, bu böyük siyasətin içərisində, o başqa məsələdir. Onda biz udarıq. Yox, oyun qura bilməsək, onda,camatın gözünün qabağına elə bir insan çıxaracaqlar ki, onun ətəyində hamı namaz qılmağa hazır olacaq”.

Maraqlıdır ki, icazə verən kimdir? Hakimiyyət dəyişikliyinə qərarı kim verib? Öz təbirlərincə desək, yuxarıda oturan kimdir? Hansısa xaricdə oturan şəxs və qüvvə kimdir ki, Azərbaycanda hakimiyyət dəyişikliyinə qərar versin? Həmin qüvvəni güclü və qalib Azərbaycanın hakimiyyəti niyə qane etmir? Bu, artıq tamam başqa bir araşdırmanın mövzusudur.

Tehsil-press.az

Oxşar xəbərlər