Bakı merindən icra başçılarına XƏBƏRDARLIQ: “Qanunsuz tikililər…”

Bakı merindən icra başçılarına XƏBƏRDARLIQ: “Qanunsuz tikililər…” Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə son üç gündə yağan intensiv yağışların nəticələrinin aradan qaldırılması müzakirə edilib.

Eldar Əzizovun sədrliyi ilə aparılan toplantıda bir sıra rayonlarda tədbirlərin zəif təşkil olunduğu xüsusi vurğulanıb.

Müşavirədə bildirilib ki, yağışdan ən çox zərər görən ərazilər vaxtilə tikinti normalarına uyğun olmayan qanunsuz gecəqonduların yerləşdiyi zonalardır. Qeyd olunub ki, bu ərazilərdə fəsadların aradan qaldırılması ilə bağlı məsuliyyət birbaşa rayon icra hakimiyyəti başçılarının üzərinə düşür və onların fəaliyyəti ciddi nəzarətə götürüləcək.

Tehsil-press.az

Oxşar xəbərlər