Növbəti addım “Apple Maps” tətbiqində reklamların yerləşdirilməsi olacaq.
İstifadəçilər reklamları artıq yay aylarının əvvəlində görəcəklər, rəsmi elan isə mart ayında veriləcək.
Mexanizm “Google”un reklam sistemini xatırladacaq.
Biznes sahibləri “pizzaçı” və ya “avtoservis” kimi açar sözlər üzrə hərracda iştirak edə biləcəklər. Ən yüksək təklif verən şirkət axtarış nəticələrinin ən yuxarısında görünəcək və istifadəçi həmin obyektə keçidi birbaşa nəticələrdə görəcək.
Lakin bu, yeganə dəyişiklik deyil. “Apple” “App Store” daxilində də reklam imkanlarını genişləndirir.
Əvvəllər istifadəçi ekranın yuxarı hissəsində yalnız bir reklam görürdü, lakin indi axtarış nəticələrini sürüşdürərkən əlavə reklam blokları da görünəcək.
Şirkətdən bildirilib ki, yeni format ilk olaraq Böyük Britaniya və Yaponiyada istifadəyə veriləcək.
“Apple Ads”in mövcud olduğu digər bazarlarda isə martın sonuna qədər tətbiq olunacaq. Bununla belə, bu yenilik hər kəsi əhatə etməyəcək. Cihazda “iOS” və ya “iPadOS”un 26.2 və daha yeni versiyası quraşdırılmış olmalıdır.
Tehsil-press.az











