Hindqozu yağı və soda qarışımının qolaltının rəngini açmağa kömək etdiyi iddia olunur. Soda pilinq təsiri sayəsində dərinin səthində toplanmış ölü hüceyrələrin təmizlənməsinə yardım edir. Hindqozu yağı isə dərini nəmləndirərək qıcıqlanmanı azaltmağa dəstək olur.
Musavat.com sözügedən qarışımın hazırlanma üsulunu təqdim edir.
1 çay qaşığı hindqozu yağı və yarım çay qaşığı soda qarışdırılaraq məcun halına gətirilir. Qarışım təmiz və quru qolaltına tətbiq olunur, 1-2 dəqiqə masaj edildikdən sonra 5 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur. Həftədə 1–2 dəfə istifadə edilməsi tövsiyə olunur.
Tehsil-press.az











