Tramp MBS barədə qalmaqallı açıqlama verib.
ABŞ prezidenti Donald Trampın Mayamidə keçirilən Gələcək İnvestisiya Təşəbbüsü çərçivəsində etdiyi çıxış geniş müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə sürətlə yayılan videoda Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman barədə danışarkən kobud və mübahisəli ifadələr işlədib. O, çıxışı zamanı Səudiyyə rəhbərliyinin əvvəlki illərlə müqayisədə ABŞ-a münasibətinin dəyişdiyini iddia edib.
Tramp bildirib ki, vəliəhd şahzadə əvvəllər ABŞ-ın zəif olduğunu düşündüyü halda, hazırda Vaşinqtona daha hörmətli yanaşmaq məcburiyyətindədir. O, bu dəyişimi ABŞ-ın beynəlxalq arenadakı mövqeyinin güclənməsi ilə əlaqələndirib.
ABŞ prezidentinin sözlərinə görə, Səudiyyə Ərəbistanının siyasətindəki bu dəyişiklik Vaşinqtonun artan təsirinin göstəricisidir. Tramp həmçinin vurğulayıb ki, tərəflər arasında münasibətlər son illərdə daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan xarakter alıb.
Tehsil-press.az

















