Bakıda tıxac problemi bu üsulla kökündən həll edilir — Şad xəbər

Bakıda tıxac problemi bu üsulla kökündən həll edilir — Şad xəbər Yasamalın ən səs-küylü və maşın əlindən tərpənmək mümkün olmayan küçələrində hərəkətin axarı birdən-birə dəyişməyə başlayıb. Sürücülərin hər gün dəqiqələrlə vaxt itirdiyi kəsişmələrdə tətbiq edilən yeni qaydalar yollardakı gərginliyi hiss olunacaq dərəcədə azaldıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Qurumun apardığı təhlillər əsasında bəzi kəsişmələrdə svetoforların iş rejimi yenidən qurulub. Bu tənzimləmələr xüsusilə Bəsti Bağırova və Cəfər Cabbarlı küçələri istiqamətində öz bəhrəsini verib. Artıq həmin ərazilərdə nəqliyyat axını daha sürətli hərəkət edir və pik saatlarda yaranan tıxacların qarşısı xeyli alınıb.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlama verib.

O deyib ki, hazırda ağıllı işıqforların quraşdırılması prosesi davam edir:

“Ağıllı işıqforların adi işıqforlardan əsas fərqi ondan ibarətdir ki, onlar əvvəlcədən müəyyən edilmiş sabit vaxta görə deyil, nəqliyyat axınına uyğun olaraq avtomatik tənzimlənir. Bu isə hərəkətin daha optimal təşkilinə şərait yaradır və tıxacların sayının azalmasına müsbət təsir göstərir. Aparılan təhlillər də göstərir ki, bu dəyişikliklər artıq öz effektini verməkdədir. Ümumilikdə, yeni yol infrastrukturu genişləndirilmədən də müəyyən hallarda nəqliyyatın optimallaşdırılması mümkündür. Lakin bu, bütün yollar üçün eyni dərəcədə tətbiq edilə bilməz. Hər yolun mövcud infrastrukturu nəzərə alınaraq uyğun həllər seçilməli və tətbiq olunmalıdır. Görünən odur ki, bu istiqamətdə işlər artıq həyata keçirilir”.

Tehsil-press.az

Oxşar xəbərlər