Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının rəhbəri, tədqiqatçı Dr. Şəhla Aslanın “Dil, kimlik, vətən” adlı yeni elmi tədqiqat əsəri nəşr edilib.Kitabda görkəmli ictimai-siyasi xadim, xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığındakı milli varlıq konsepsiyası elmi-nəzəri müstəvidə araşdırılıb.
Sabir Rüstəmxanlının poeziyası, publisistikası və ictimai düşüncələri əsasında ana dilinin milli kimlik, tarixi yaddaş və dövlətçilik şüuru ilə bağlılığı sistemli şəkildə təhlil olunan kitabda dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də millətin mənəvi bütövlüyünü qoruyan, milli özünüdərkin əsas sütunlarından biri olduğu vurğulanıb.
Kitabın ön sözünün müəllifi akademik Nizami Cəfərovdur.
“Dil, kimlik, vətən” müəllifin sayca dördüncü kitabıdır.
Kitab xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə hazırlanıb.
Tehsil-press.az






.jpeg)



