Qərar dəyişdi — Bu şəxslər sorğusuz-sualsız işdən qovulacaq

Qərar dəyişdi — Bu şəxslər sorğusuz-sualsız işdən qovulacaq İş yerlərində əmək müqavilələrinin ləğvi ilə bağlı qaydalar daha da sərtləşdirilir. Artıq bəzi hallarda tərəflərin razılığı olmadan belə iş münasibətlərinə dərhal son qoyulacaq.

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə edilən yeni dəyişikliklər üçüncü oxunuşda qəbul edilib. Yeni qaydalara əsasən, işçinin iradəsindən asılı olmayaraq müqaviləyə xitam verilməsi hallarının siyahısı genişləndirilib.

Əgər şəxsin narkoloji xəstə olduğu tibbi rəylə təsdiqlənərsə və o, bu xəstəliyin fəaliyyətinə məhdudiyyət yaratdığı bir vəzifədə çalışırsa, işinə son veriləcək. Bu hal həm işə qəbul zamanı aşkar edildikdə, həm də iş dövründə keçirilən müayinələr zamanı bəlli olduqda tətbiq olunacaq.

Digər məhdudiyyət isə sağlamlıq arayışları ilə bağlıdır. Xüsusilə qida sənayesi, ictimai iaşə, səhiyyə və ticarət kimi əhalinin sağlamlığına birbaşa təsir edən sahələrdə tibbi arayışı olmayan şəxslərin işləməsinə icazə verilməyəcək. Ağır və zərərli iş yerlərində də analoji qayda qüvvədə olacaq. Belə hallarda bağlanmış müqavilələr qanunsuz hesab edilərək ləğv olunacaq.

Qısaca, bəzi peşə sahibləri sağlamlıq durumu və ya narkoloji asılılıq səbəbindən işlərini itirə bilərlər. Bu addım həm işçinin öz təhlükəsizliyini, həm də cəmiyyətin sağlamlığını qorumaq məqsədi daşıyır.

Tehsil-press.az

Oxşar xəbərlər