Xaçmazda ağır yol qəzası - 1 yaralı 

Xaçmazda ağır yol qəzası - 1 yaralı  Gəndov-Yalama yolunun Qaradağlı kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Tehsil-press.az-a RTV-yə (Region TV) istinadən xəbər verir ki, Qalağan kənd sakini, 1991-ci il təvəllüdlü Rəsulov Asəf Zahid oğlunun idarə etdiyi 27 BM 998 dövlət nömrə nişanlı “VAZ-21110” markalı avtomaşın yolun kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər