Sumqayıtda dəhşətli qəza

Sumqayıtda dəhşətli qəza Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Tehsil-press.az-a verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ağır vəziyyətdə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralılardan biri koma vəziyyətində, digəri isə ağır kəllə-beyin travması və bədənin müxtəlif yerlərinin qapalı sınığı ilə şöbəyə qəbul edilib.
Yaralılar iki qardaş-Abşeron rayon Saray qəsəbəsi sakinləri Bayramov ElçinYusif oğlu və Bayramov Əliyar Yusif oğludur.

23:40
Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Tehsil-press.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yol qəzası avqustun 30-da saat 22:20 radələrində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.
Belə ki, "Volkswagen Passat" markalı "99-DZ-632" dövlət nömrə nişanlı avtomobil "Lada 110" markalı "60-BS-663" dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir. Hadisə yerində 3 təcili tibbi yardım briqadası gəlib. Hadisəyə səbəb kimi "Volkswagen Passat"ın Qubadan Bakı istiqamətində hərəkət edən "Lada 110" markalı avtomobilin yoluna çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər