Tovuzda avtomobil dərəyə aşdı

Tovuzda avtomobil dərəyə aşdı Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə bazar ertəsi günü axşam saatlarında rayonun Şamlıq kəndinə gedən yolda baş verib. “VAZ-2107” markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində 4 nəfər - Tovuz rayon Çeşməli kənd sakinləri 59 yaşlı Zakir Əmiraslanov, 57 yaşlı Validə Əmiraslanova, 28 yaşlı Könül İbrahimova və Gədəbəy rayon Poladlı kənd sakini 51 yaşlı Aybəniz Paşayeva müxtəlif bədən  xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan iki nəfərin vəziyyəti orta ağır digərlərinin vəziyyəti isə normal qiymətləndirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

tehsil-press.az

Oxşar xəbərlər