İmtahanların gedişi rektorun nəzarətindədir

İmtahanların gedişi rektorun nəzarətindədir Bu gün ATU-nun rektoru professor Gəray Gəraybəyli ATU-da keçirilən imtahanlara baxış keçirib.
Rektor G.Gəraybəyli imtahanların gedişi ilə maraqlanaraq, nəzarətçilər və tələbələrlə söhbətlər aparıb. Tələbələrlə yaxından maraqlanan rektor, onların imtahanın gedişi ilə əlaqədar fikirlərini, təklif və iradlarını dinləyib, onlarla səmimi görüşlər keçirib.
Qeyd edək ki ATU-da imtahanlar dekabrın 29-undan start götürüb və cari ilin fevral ayının 1-nə qədər davam edəcək. Payız semestrinin imtahan sessiyasında 6-mindən çox tələbə imtahanda iştirak edəcək. İmtahanları istənilən valideyn gəlib şəxsən izləyə bilər. Bunun üçün universitet rəhbərliyi tərəfindən lazımi tədbirlər görülüb. Artıq bir neçə valideyn imtahanlarda iştirak edib, yaradılan şəraitlə yaxından tanış olublar və bu haqda pozitiv münasibətlərini bildiriblər.
Görüşün sonunda rektor G.Gəraybəyli imtahan aparılan binanın, həmçinin digər binaların təhlükəsizliyinin mühafizəsinin təmini məsələləri ilə maraqlandı, mühafizəçilərlə bu istiqamətdə ciddi fikir mübadiləsi apardı.

ATU-nun Mətbuat Xidməti


İmtahanların gedişi rektorun nəzarətindədirİmtahanların gedişi rektorun nəzarətindədirİmtahanların gedişi rektorun nəzarətindədirİmtahanların gedişi rektorun nəzarətindədir

Oxşar xəbərlər