Müxtəlif ədəbi təsirlərə məruz qalan İndoneziya ədəbiyyatında yeni, orijinal yaradıcılıq nümunələrinə rast gəlmək olar.
Bu fikir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində İndoneziya ədəbiyyatı ilə bağlı keçirilən seminarda səslənib.
Seminarda filologiya elmlər doktoru, professor Bədirxan Əhmədov Asiya xalqları ədəbiyyatı ilə bağlı görüləcək işlərdən söz açıb. Şöbənin kiçik elmi işçisi Leyla Ramazanova məruzəsində İndoneziyanın tarixi, coğrafi mövqeyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı maraqlı fikirlər irəli sürüb. Məruzədə İndoneziya pantunları Azərbaycan bayatıları ilə müqayisə olunub.
Seminarda dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyada sufi ədəbiyyatı və onun görkəmli nümayəndəsi Hamzah Fansurinin yaradıcılığına da diqqət yetirilib. Müasir İndoneziya ədəbiyyatının yaradıcısı Abdullah bin Abdul Kadir Münşinin əsərləri təhlil edilib. Eyni zamanda, hollanddilli İndoneziya ədəbiyyatı, yapon işğalı dövrü ədəbiyyatı, “45-ci il nəsli” dövrü ədəbiyyatı, 1965-ci ildən sonrakı dövr İndoneziya ədəbiyyatı haqqında geniş məlumat verilib.
Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində müntəzəm olaraq seminarlar təşkil edilir. Şöbədə Çin, Koreya, Əfqanıstan, Pakistan, Hindistan, Monqolustan və başqa Asiya xalqlarının ədəbiyyatı haqqında da seminarların keçirilməsi nəzərdə tutulub.

AMEA-nın Mətbuat Xidməti