
Hindistanın Assam bölgəsindəki Guahati Universiteti İran departamentinin təşkil etdiyi seminarda tarix, fəlsəfə, kulturologiya, psixologiya, dilçilik, ədəbiyyatşünaslıq, pedaqogika, muzeyşünaslıq elmləri üzrə bir sıra maraqlı məruzələr dinlənilib.
Dünyanın müxtəlif ölkələrindən 100-dək görkəmli elm xadiminin qatıldığı seminarda Azərbaycanı təmsil edən professor V.Sultanlı “Nizami Gəncəvinin yaradıcılığında hind qaynaqları” mövzusunda məruzə ilə çıxış edib.
Seminarın bağlanış iclasında professor V.Sultanlı Guahati Universitetində türkologiya bölməsinin yaradılması təşəbbüsü ilə çıxış edib. Universitet rəhbərliyi bu təşəbbüsü Hindistandakı Türkiyə səfirinin diqqətinə çatdıracağını bildirib.
BDU-nun Mətbuat Xidməti