Dillər Universitetinin əməkdaşı Oslo Universitetində keçirilən beynəlxalq seminarda iştirak edib

Dillər Universitetinin əməkdaşı Oslo Universitetində keçirilən beynəlxalq seminarda iştirak edib Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Xarici dillər kafedrasının baş müəllimi Anar Rəhimov ADU-nun maliyyə dəstəyi ilə Oslo universitetində keçirilən beynəlxalq seminarda iştirak edib.
Seminarın gedişində Anar Rəhimov Amerika, Bolqarıstan və Estoniyanı təmsil edən Norveç dili mütəxəssisləri ilə fikir mübadiləsi aparıb.
Norveçin müxtəlif universitetlərini təmsil edən professorların mühazirələr oxuduğu seminarda, həmçinin müasir Norveç ədəbiyyatı, Norveç dilinin tədrisi zamanı meydana çıxan çətinliklər, Norveçə mühacirət mövzularına da toxunulub.
Seminarın sonunda iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Norveçin Xarici işlər Nazirliyinin və Oslo Universitetinin təşkilatçılığı ilə baş tutan seminara dünyanın 20 ölkəsindən 35 Norveç dili və ədəbiyyatı mütəxəssisləri qatılıb.

ADU-nun Mətbuat Xidməti


Dillər Universitetinin əməkdaşı Oslo Universitetində keçirilən beynəlxalq seminarda iştirak edib

Oxşar xəbərlər