Ər üç uşaq anası olan arvadını boğub öldürdü

Ər üç uşaq anası olan arvadını boğub öldürdü Qəbələ rayonunda qətl hadisəsi baş verib.

Tehsil-press.az-ın xəbərinə görə, hadisə rayonun Kürd kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələlik məlum deyil. Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər