Vladimir Putinin andiçmə mərasimi başlayıb

Vladimir Putinin andiçmə mərasimi başlayıb Moskvada Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb.
Tədbir Böyük Kreml Sarayında keçirilir.
V.Putinin dördüncü dəfə dövlət başçısı kimi ad içəcəyi mərasimə 5 minə yaxın qonaq dəvət olunub.
Qeyd edək ki, Rusiyanın fəaliyyyətdə olan prezidenti Vladimir Putin 2018-ci il martın 18-də keçirilən prezident seçkisində 76,69 faiz səs toplayaraq yenidən bu posta seçilib. O, 2000-ci il mayın 7-dən 2008-ci il mayın 7-dək prezident olub. 2008-ci il mayın 8-dən 2012-ci il mayın 12-dək baş nazir kimi Nazirlər Kabinetinə başçılıq edib. 2012-ci ildə keçirilən prezident seçkisində isə yenidən qalib gəlib.
Xatırladaq ki, mayın 6-da Dmitri Medvedevin başçılıq etdiyi hökumətin səlahiyyət müddəti başa çatıb. Nazirlər Kabinetinin üzvləri tutduqları vəzifədə səlahiyyətləri yeni hökumət formalaşanadək müvəqqəti icra edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər