
Tehsil-press.az TASS-a istinadən xəbər verir ki, RF Prezidentinin gəlirləri, xərcləri və əmlakı barədə deklarasiyası Kremlin rəsmi saytında yerləşdirilib.mDeklarasiyada V.Putinin mülkiyyəti kimi torpaq sahəsi (1,5 min kv.m), mənzil (77 kv.m) və qaraj (18 kv.m) göstərilib. Prezidentin istifadəsində 153,7 kv.m-lik mənzil və 18 kv.m-lik başqa qaraj da var. Bu obyektlər dövlət başçısının 2013-cü ildəki deklarasiyasında da təqdim olunub. Qeyd olunan bütün əmlak və obyektlər Rusiya ərazisindədir. Həmçinin V.Putinin 2 "Volqa" markalı avtomobili (QAZ М21 və QAZ М-21-R) var. Deklarasiyada, həmçinin "Niva" və "Skif" avtomobillərinə qoşqu əmlakı da qeyd edilib.
tehsil-press.az