
Rusiya Mərkəzi Seçki Komissiyası gələn ay keçiriləcək prezident seçkisinə qatılacaq namizədlərin qeydiyyat prosesinin başa çatdığını bildirib.
Məlumata görə, seçkilərdə yeganə müstəqil namizəd V.Putin, müxtəlif partiyalardan isə 7 namizədin adı var.
Namizədlər bunlardır:
- Vladimir Putin – müstəqil namizəd,
- Vladimir Jirinovski - Rusiya Liberal Demokratik Partiyası,
- Pavel Qrudinin - Kommunist Partiyası,
- Qriqori Yavlinski - Yabloko Partiyası,
- Boris Titov - İnkişaf Partiyası,
- Sergey Baburin - Rusiya Xalq Şurası Partiyası,
- Maksim Suraikin - Rusiya Kommunistləri Partiyası,
- Kseniya Sobçak - Vətəndaş Təşəbbüsü Partiyası.
Rusiyada keçirilən son ictimai sorğuya görə, Putinin seçkilərdə səs qazanma şansı daha çoxdur, ondan sonra P.Qrudinin və V.Jirinovski gəlir.
Tehsil-press.az