Voleybolçu qızlardan biabırçı nəticə - Yenə uduzdular

Voleybolçu qızlardan biabırçı nəticə - Yenə uduzdular Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub.
F qrupunda yer alan Faiq Qarayevin komandası II mərhələnin 4-cü oyununda da uduzub. Yığmamız bu dəfə Bolqarıstana məğlub olub – 0:3 (19:25, 20:25, 20:25).
Bunadək İtaliya, Çin və Türkiyə yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra III mərhələyə vəsiqə qazanmaq şansını itirib. Komanda III mərhələni 6 xalla sonuncu – 8-ci pillədə başa vurub.
Qeyd edək ki, bu gün F qrupunda İtaliya - ABŞ, Türkiyə - Tailand, Çin - Rusiya oyunları keçiriləcək. Hazırda İtaliya 24 xalla liderdir. Çin 21, ABŞ 19, Rusiya 18, Türkiyə 12, Bolqarıstan və Tailand isə 11 xala malikdir. İlk 3 yeri tutanlar III mərhələyə vəsiqə qazanacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər