Avropa çempionatında günün nəticələri

Avropa çempionatında günün nəticələri Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində B qrupunun son oyunları keçirilib.

Uels yığması Rusiya milli komandasını 3:0 hesabı ilə məğlub edərək, 6 xalla qrupda birinci yeri tutub. İngiltərə - Slovakiya oyununda hesab açılmayıb. Beləliklə, ingilislər 5 xalla 2-ci, slovaklar isə 4 xalla 3-cü yeri tutublar. Boyük ehtimalla Uels və İngiltərə komandaları ilə yanaşı, Slovakiya millisi də bu qrupdan pley-off mərhələsinə vəsiqə qazanan komanda olacaq. Rusiya millisi üçünsə Avropa çempionatı bu gün başa çatıb.


Tehsil-press.az

Oxşar xəbərlər