Elm və Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

Elm və Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi Elm və Təhsil Nazirliyi mediada və sosial şəbəkələrdə yayımlanan saxta məlumatlarla bağlı açıqlama yayıb.

Bu barədə nazirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.

"Dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün bəzi media resursları və sosial şəbəkə hesablarında ali təhsil müəssisələrində rus bölmələrinin bağlanılacağına dair Elm və Təhsil Nazirliyinin adından məlumatlar yayılıb.

Tehsil-press.az

Oxşar xəbərlər