Anaların qorxulu yuxusu - limfa düyününün böyüməsi

Anaların qorxulu yuxusu - limfa düyününün böyüməsi Uşaqlarda limfa düyünlərinin böyüməsi çox vaxt reaktiv, xoşxassəli böyümə olur.
Bu barədə Tehsil-press.az-a məlumat verən Caspian İnternational Hospitalın pediatrı Günay Rəsulova deyib: “Problem reaktiv, infeksiya, autoimmun, bədxassəli xəstəliklər (limfoma, leykoz, neyroblastoma, rabdomiosarkoma) səbəbindən yarana bilər. Limfa düyününün böyüməsi (limfadenopatiya) varsa, bir sıra diqqət edilməsi gərəkən məqamlar var. Buna onun harada yerləşməsi aiddir. Misal üçün supraklavikular (körpücük sümüyü üstü) yerləşirsə bu, hər zaman təhlükəlidir. Müayinə özəlliyi - hərəkətli, ağrılı, üstü qızarmış infeksiya mənşəlidir, ağrısız, sərt, hərəkətsiz isə təhlükəli olma riski artır. Xəstəlik zamanı aparılması vacib müayinələr: qanın ümumi analizinin nəticəsi, eritrosit, leykosit, trombosit aşağıdırsa, (pansitopeniya) bədxassəli leykosit sayı artışı, LDH, Ferritin, NSE (nonspesifik enolaz), afp, Bhcg artışı, EÇS yüksəkliyi, Periferik yaxma-blast hüceyrə artışı. İnstrumental müayinələrdən isə ağciyər grafisi, USM, qarın boşluğu kompüter tomoqrafiyası, MRT, maqnit rezonans, PPD testi, pişik cırmaqlaması xəstəliyi, böyümüş limfa vəzinin biopsiyası, körpücüküstü böyümə isə birbaşa göstərişdir. Limfa düyününün böyüməsinə bədxassəliliyi düşündürən əlamətlər isə qaraciyər və dalağın böyüməsi, qızdırma, həddindən artıq tərləmə, çəki itirilməsi və s. aiddir.

Tehsil-press.az

Oxşar xəbərlər