
“Toppuş bacı” ləqəbi ilə tanınan aktrisa bu barədə özü sosial şəbəkədə məlumat verib. Sevənlərinin dualarına ehtiyacı olduğunu yazan Tünzalə axşam.az-a açıqlamasında onda yenidən bədxassəli şiş aşkarlandığını deyib:
“Uşaqlıq yolunda bədxassəli şiş kəsildikdən sonra yenidən analiz vermişdim. 38 limfa vəzindən nümunələr götürülüb əkildi. Limfadan 37-si yaxşı çıxdı. Amma birində yenidən şiş aşkarlandı. Özü də bədxassəlidir. Yenidən xəstəxanaya yerləşdirildim. Əvvəl həkim deyirdi ki, ancaq şüa alacam. İndi məcburən kimyaterapiyaya da başladıq. 6 kimyaterapiya, 25 şüa qəbul edəcəm”.
Tehsil-press.az