Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi Azərbaycanın öz görkəmli şəxsiyyətlərinə, klassik ədəbiyyat irsinə müstəqillik dövründə də sahib çıxdığını və yüksək qiymət verdiyini, onların nümunəsində yeni nəsli inkişaf etdirmək məqsədini aydın şəkildə göstərir.
Bunu özəl olaraq Tehsil-press.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, "Nəsimi ili"nin elan edilməsi böyük tarixi, ədəbi elmi əhəmiyyətə malikdir.
İ.Həbibbəyli bildirib ki, vaxtilə ulu öndər Heydər Əliyevin İmadəddin Nəsimi ilə bağlı dövlət səviyyəsində qəbul etdiyi qərara əsasən, Nəsiminin yubileyinin keçirilməsi UNESCO-nun tədbirləri siyahısına daxil edilmişdi və bu tədbir ölkəmizdə geniş şəkildə qeyd edilmişdi. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin qərarı ilə ölkəmizdə ilk dəfə Nəsiminin heykəli ucaldıldı. Həmçinin Bakıda rayonlardan və metrostansiyalardan birinə Nəsimi adı verildi:
"Bütün bunlar azərbaycançılıq ideyalarına, Azərbaycanın sabahına hesablanmış tədbirlərdir. Prezident İlham Əliyev tərəfindən qısa müddətdə Nəsimi ilə bağlı iki sərəncamın imzalanması mühüm hadisədir. Bu sərəncamlarla Nəsiminin 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi artıq müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, bu böyük sənətkarın dünyaya tanıdılması baxımından özünəməxsus əhəmiyyət kəsb edir. Bir müddət əvvəl Prezidentin təşəbbüsü ilə Nəsiminin vəfatının 600 illiyinin UNESCO-da təntənəli şəkildə keçirilməsi Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya təqdim olunması baxımından böyük rol oynayıb".
AMEA-nın vitse-prezidenti qeyd edib ki, 2019-cu ildə "Nəsimi ili" ilə əlaqədar tədbirlərin keçirilməsi bir daha Nəsiminin yaradıcılığının, onun dövrünün daha dərindən öyrənilməsinə, bu böyük şairin məhz Azərbaycan şairi kimi dünyaya tanıdılmasına böyük təkan verəcək.
Akademik hesab edir ki, Nəsimi haqqında çox böyük elmi əsərlər yazılsa da, bu dahi şairin bu gün yenidən tədqiq edilməsinə, onun haqqında daha sanballı əsərlərin yazılmasına böyük ehtiyac var: "Əslində, Nəsiminin zəngin irsinin incəlikləri açılmamış qalıb. Sovet dövründə sovet ideologiyası bu incəlikləri açmağa imkan vermirdi, o dövrdə bunu etmək çox çətin idi. İndiki şəraitdə Nəsimini yenidən öyrənmək, onun haqqındakı tədqiqatları dünya dillərinə tərcümə etmək və nəşr etmək bizim qarşımızda duran əsas vəzifələrdən olacaq".
İ.Həbibbəyli bildirib ki, AMEA-da hazırlanmış tədbirlər planına uyğun olaraq, bu il ərzində Nəsimiyə həsr olunmuş ikinci beynəlxalq konfansın keçirilməsi nəzərdə tutulur. Nəsimiyə həsr olunmuş birinci beynəlxalq konfansın 2016-cı ildə keçirildiyini xatırladan akademik qeyd edib ki, ikinci beynəlxalq konfransın daha möhtəşəm təşkili planlaşdırılır.
O, cari il ərzində ölkə miqyasında da şairə həsr olunmuş konfransların keçiriləcəyini söyləyib.
Tehsil-press.az