ADU YAP ilk ərazi təşkilatının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası (YAP) ilk ərazi təşkilatı idarə heyətinin genişləndirilmiş iclası keçirilib. İclasda əvvəlcə ADU YAP ilk ərazi təşkilatının 2018-ci il üçün hesabatı dinlənilib. Sədr Sərraf Hüseynov deyib ki, 2018-ci il həm ölkəmiz, həm də YAP üçün olduqca zəngin və önəmli hadisələrlə əlamətdar olub. Sərraf Hüseynov qeyd edib ki, ulu öndər Heydər Əliyevin 95 illik yubiley tədbirlərinə ADU rektoru, YAP Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü, akademik Kamal Abdullanın ideya və təşəbbüsü ilə öz töfhəsini verən ADU 11 müxtəlif ölkənin 14 universitetində keçirdiyi möhtəşəm konfransla nəinki universitet, hətta Nəsimi rayonu və ölkə səviyyəsində ulu öndər irsinin öyrənilməsi və tanıdılması sahəsində çox böyük uğura imza atıb: “Bu konfrans Nəsimi Rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının illik hesabatlarına daxil edilib”.
Sədr əlavə edib ki, ADU YAP gəncləri ilboyu keçirilən müxtəlif tədbirlərdə, fləşmoblarda, aksiyalarda ən fəal gənc üzvlər kimi dəfələrlə YAP Mərkəzi aparatı və Nəsimi rayon təşkilatı tərəfində mükafatlandırılıb.
Məruzə ətrafında çıxışlardan sonra hesabat qənaətbəxş hesab edilib.
Daha sonra ADU YAP ilk ərazi təşkilatı üzvlərinin universitetin ictimai həyatında baş verən proseslərdə daha aktiv iştirakının təmin olunması, partiya üzvlərinin partiya adından sui-istifadə hallarına qarşı intizam tədbirlərinin görülməsi ilə bağlı müzakirələr aparılıb. Partiya üzvlüyünə qəbul üçün müraciət edənlərin ərizələri qəbul edilib.

ADU-nun Mətbuat Xidməti