Azərbaycan əlyazmaları dünya kitabxanalarında

Azərbaycan əlyazmaları dünya kitabxanalarında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 10 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 2017-ci ilin noyabr ayında İslam ölkələrinin mədəniyyəti, ədəbiyyatı və tarixinə dair əlyazma abidələrinin tədqiqinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda II Beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur. İnstitut rəhbərliyinin fikrincə, bu tədbir əlyazma üzrə tədqiqatçıların diqqətinin Azərbaycana yönəlməsində və ölkəmizin beynəlxalq aləmdə elm və mədəniyyət ocağı kimi tanınmasında mühüm rol oynayacaq. Konfransda iştirak etmək istəyənlər 1 sentyabr 2017-ci il tarixinədək məruzələrinin mətnlərini institutun elektron ünvanına göndərə bilərlər.
Əlyazmalar Institunda Molla Pənah Vaqifə həsr olunmuş Konfrans keçiriləcək
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 2017-ci ilin oktyabr ayında “Molla Pənah Vaqif: sələflər və xələflər – XVIII əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XV ənənəvi Respublika elmi konfransının keçirilməsi nəzərdə tutulur. Konfransda şairin həyat və yaradıcılığı ilə bağlı yeni tədqiqat işləri təqdim olunacaq. Tədbirin təşkilatçıları konfransdan sonra materialların toplu halında dərcini nəzərdə tutublar.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər