“Nəsimi ili” – Bu, milli dəyərlərimizə, mənəviyyatımıza verilmiş ən yüksək qiymətlərdəndir...

“Nəsimi ili” – Bu, milli dəyərlərimizə, mənəviyyatımıza verilmiş ən yüksək qiymətlərdəndir... Sözsüz ki, 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin “İslam həmrəyliyi ili”, 2018-ci ilin “Cümhuriyyət ili”, 2019-cu ilin də “Nəsimi ili” elan edilməsi Azərbaycan Prezidentinin xalqımıza, mənəviyyatımıza, dəyərlərimizə, milli kimliyimizə verdiyi ən coşqun dəyərlərdəndir.
Azərbaycan xalqı əsrlər boyu öz etnik kimliyini dəyişmədi, hələ də bəşəriyyəti ayrı-ayrı xalqlara deyil, bütün insanlara olan sonsuz sevgisinin şəfəqləri isidir. İrqindən, dinindən, dilindən, rəngindən asılı olmayaraq bütün insanları sevir. Bu məhəbbət Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi - Kitabi-Dədə Qorqud dastanında belə öz əksini tapmışdır. Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsimi də öz xalqının dəyərlərini təbliğ etmiş, etnik mənsubiyyətinə sahib çıxmışdır. Şairin şeirlərində bəşəriyyətə məhəbbət, müxtəlif dinlərin nümayəndələrinə, bütün insanlara sevgi hissi sezilir. Nəsimi 650 ildir ki, öz təfəkkür tərzi ilə, yaradıcıllığı ilə xalqının mənəviyyatının inkişafına xidmət edir. Nəsimi xitablarında “hər kim olursan ol, mən səni sevirəm” deyir. Nəsimi bütün yaradıcılığında, təfəkkür tərzində, insanlara münasibətində Azərbaycan xalqının milli mənəviyyatını, dəyərlərini, düşüncələrini, insanlara olan münasibətlərini, məhəbbətini birləşdirir.
Mütəffəkkirin 650 illiyinin keçirilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamlar Nəsimi yaradıcılığının çox ciddi şəkildə öyrənilməsi, araşdırılması, təbliğ edilməsi istiqamətində böyük işlər görəcək. Bu o deməkdir ki, Azərbaycan xalqının mənəvi dəyərli bir daha dünya çapında geniş şəkildə təbliğ olunacaq.
Nəsimi irsinin xalqımızın mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində geniş vüsət almışdır. Həmin dövrdə Ullu Öndər Heydər Əliyevin Suriyaya rəsmi səfəri zamanı Hələb şəhərinə getmək və Nəsiminin məzarını ziyarət etmək istəyi bu mötəbər yolun başlanğıcı oldu. Məlumdur ki, tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin bütün maneələri əzib keçməsi və təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.
Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasi və mənəvi xəttinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin və uzun illərdir ki, xalqımızın milli dəyərlərinin uca tutulması ənənəsinin coşqun göstəricisidir.
Azərbaycanlı olmağımızla fəxr etmək həm də Azərbaycanla fəxr etmək deməkdir.

Yaşasın Azərbaycan!
Yaşasın bəşəri məhəbbət!
Yaşasın milli-mənəvi dəyərlər!


Şahin SƏRDARLI

Oxşar xəbərlər