
Görüşün keçirilməsində əsas məqsəd iki ölkə arasında folklor, etnoqrafiya və musiqi sahəsində əlaqələr qurmaqdır. İnstitutun direktoru, akademik Muxtar İmanov rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti barədə geniş məlumat verib. O, “Qarabağ: folklor da bir tarixdir” oncildliyi, “Azərbaycan folkloru antologiyası”nın cildləri, yeddicildlik “Güney Azərbaycan folkloru” və institutun buraxdığı audiodisklər barədə qonaqları məlumatlandırıb, həm arxivlərdə iş birliyinin, həm də regionlara ezamiyyətlər təşkil olunmasının mümkünlüyünü vurğulayıb. Bildirib ki, yaxın gələcəkdə seçilmiş bir bölgəyə hər iki tərəfdən iki-üç nəfərdən ibarət nümayəndə heyətinin iştirakı ilə ezamiyyətin təşkili nəzərdə tutulur.
Macarıstan nümayəndə heyətinin rəhbəri Canos Tot Folklor İnstitutunun gördüyü işlərlə maraqlandıqlarını, musiqi və folklor istiqamətində tədqiqat aparmaq istədiklərini bildiriblər.
Sonda qonaqlara institutun buraxdığı audiodisklər təqdim olunub.
Tehsil-press.az