Rusların sayı sürətlə azalır, Putindən radikal qərar - Nikah yaşı kəskin endirilir

Rusların sayı sürətlə azalır, Putindən radikal qərar - Nikah yaşı kəskin endirilir "Rusiyada demoqrafik problemləri həll etmək və doğum səviyyəsini artırmaq üçün nikah yaşının aşağı salınmasının mümkünlüyü ilə bağlı ictimai müzakirələr başlayıb. Ayrı-ayrı millət vəkilləri ölkənin üzləşdiyi demoqrafik problemlərə real cavab olaraq bu ideyanı irəli sürmək qərarına gəliblər".

Bu barədə "Kremlevskaya tabakerka" Teleqram kanalı bildirib.

Kanalın mənbələri qeyd edib ki, prezident Vladimir Putin prinsipcə nikah yaşının aşağı salınmasına icazə verib.

"17 yaşlı Adəm Kadırovun toyu və onların prezidentlə fotosu mahiyyətcə bir siqnaldır. Kiçik Kadırovdan bu gün heç kim uşaq tələb etmir. Amma, əlbəttə ki, bu, hara getdiyimizin parlaq göstəricisidir", - hökumətdəki mənbə bildirib.

Dövlət Dumasından qeyd ediblər ki, Rusiya həqiqətən demoqrafik sıçrayışa ehtiyac duyur, bu, əsas problemdir və demoqrafik sıçrayış daha çox etnik rusların hesabına olmalıdır:

"Bir-iki ildən sonra nikah yaşının 16-ya endiriləcəyini gözləyirik. Bundan aşağı endirməyin mənası yoxdur", - mənbə bildirib.

Bununla belə, hökumətdə bu addımın əhali artımına nə dərəcədə təsir göstərəcəyinə dair real hesablamalar yoxdur.

"Belə tədbirlər kompleks şəkildə işləyir - abortun qadağan edilməsi, nikah yaşının aşağı salınması, ödənişlərin artırılması, məktəbli qızlar və tələbələr üçün təhsil və stimullaşdırıcı proqramlar olmalıdır", - həmsöhbət qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər