Ölən xanımının xatirəsinə adada “cənnət” yaratdı

Ölən xanımının xatirəsinə adada “cənnət” yaratdı Türkiyədə 80 yaşlı Ziya baba vəfat etmiş həyat yoldaşının xatirəsinə boş bir adanı yaşıllığa çevirib. 14 il əvvəl həyat yoldaşını avtomobil qəzasında itirən Ziya Abay dərindən sarsılıb və təqaüdə çıxdıqdan sonra Çakırtepe kəndinə köçmək qərarına gəlib.
4 övladı olsa da, hərəsi başqa şəhərdə işlədiyindən Ziya baba evində tək yaşamalı olur. Bu zaman özünə məşğuliyyət axtaran qoca Keban süni gölündə 80 hektarlıq, boş bir ada kəşf edir.
Adanı həyat yoldaşının xatirəsinə yaşıllaşdırmağı qərarlaşdıran Ziya baba 14 il ərzində 3 min 500-dən çox ağac əkir. Əvvəllər aldığı kiçik bir qayıqla tez-tez kəndə gedib gəlsə də, artıq bir neçə ildir ki, adada yaşamağa başlayıb. Təbii meyvə və tərəvəz mənbəyi kimi bilinən bu balaca ada artıq “Ziya babanın cənnəti” kimi adlandırılır.
“Elektrikim, qazım yoxdur, ancaq rahatlığım var. Yeməyimi bişirirəm, heç kimə möhtac deyiləm. Hər növ meyvə ağacı, tərəvəz əkmişəm. Məni yaşadan bu adadır, güc verir. Həyat yoldaımı itirdikdən sonra özümü bu adaya həsr etdim, başımı belə qatıram. Yalnızlıq çətindir, ancaq nə edəsən. Kaş həyat yoldaşım da sağ olaydı, birlikdə burada yaşayardıq. Bütün ağacları özüm əkmişəm, özüm baxıram, ölənə kimi də baxacam”- deyə ada sakini söyləyib.
Z. Abay da ömrünün sonuna kimi balaca evi, hovuzu və böyük bağçası olan bu adada yaşamağı planlaşdırıb.

Günel Hacı

Oxşar xəbərlər