Müasir şərqşünaslığın aktual problemləri araşdırılacaq

Müasir şərqşünaslığın aktual problemləri araşdırılacaq Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Müasir şərqşünaslığın aktual problemləri (Ziya Bünyadov qiraətləri)” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun xatirəsinə həsr olunan tədbir iki gün davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər