
Tehsil-press.az xarici mediaya istinadən xəbər verir ki, 70 yaşlı Devid Qlaşin 1987-ci ilədək Avstraliyanın ən zəngin adamı idi. Ötən əsrin 80-ci illərində baş verən maliyyə böhranı onun həyatını dəyişib. Hazırda o, Avstraliyanın şərqində yerləşən Restoration adlı tropik adada yaşayır.
Devid Qlaşin bu adaya 1997-ci ildə köçüb. Bir neçə il öncə özü ilə adaya gətirdiyi gənc xanımlar isə onu tərk edib.
O, zəngin vaxtlarında bu adada aldığı 60 otaqlı malikanədə indi ömrünün son illərini keçirir. O, bütün yemək və digər ərzaq məhsullarını özü yetişdir.




