
“Qeyri-bircins ilkin gərginlikli “Boş silindir-ətraf mühit” sistemində hərəkət edən halqa yükün dinamikası” sərlövhəli məqalənin dərc olunduğu jurnal “Web of Sciences” və “Scopus” bazalarında indeksləşir və yüksək impakt faktorlu (Impact Factor 3.024) nəşr hesab edilir.
Qeyd edək ki, alimin bundan əvvəlki məqaləsi Niderlandın beşillik impakt faktoru 3.33 olan jurnalında işıq üzü görüb. Olduqca spesifik və tətbiqi xüsusiyyətli sahə üzrə tədqiqat aparan alimin daha bir neçə elmi məqaləsi isə xeyli yüksək reytinqə malik jurnallar tərəfindən qəbul edilib.
Tehsil-press.az