Fərid Şəfiyevin sədri olduğu quruma birləşdirilən mərkəzin rəhbəri Kamal Abdulla imiş

Fərid Şəfiyevin sədri olduğu quruma birləşdirilən mərkəzin rəhbəri Kamal Abdulla imiş Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində yenidən təşkil olunacaq.

Məlumata görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinə Fərid Şəfiyev sədrlik edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri isə Kamal Abdulladır.

Tehsil-press.az

Oxşar xəbərlər