Memarlıq və İncəsənət İnstitutunda növbəti seminar “Müasir mədəni insan” mövzusuna həsr olunub

Memarlıq və İncəsənət İnstitutunda növbəti seminar “Müasir mədəni insan” mövzusuna həsr olunub AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda növbəti elmi seminar keçirilib.
Giriş sözü ilə çıxış edən institutun elmi katibi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Kərimli mövzunun aktuallığını vurğulayıb.
Sonra institutun direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov “Müasir mədəni insan” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, cəmiyyətin hərəkətvericisi olan insan, onun müasir sosiomədəni dinamikadakı mövqeyi və yeri müasir kulturologiyanın əsas tədqiqat obyektidir. Bu gün kulturoloji tədqiqatlarda mədəni insan düsturu ətrafında ciddi axtarışlar aparılır. Bilik, bacarıq, mütəşəkkillik və yaradıcı fəaliyyət kimi amilləri özündə birləşdirən mədəni insan zamanın tələblərinə cavab verən, insani keyfiyyətləri özündə birləşdirən insan kapitalını formalaşdıra bilər. Mədəni insan düsturu o vaxt tamamlanır ki, sadalanan keyfiyyətlər hamısı insanda cəmləşsin. Əgər insanın yaradıcı fəaliyyəti yoxdursa, əvvəlki keyfiyyətlərin olmasının heç bir faydası yoxdur. Çünki bilik, bacarıq mütəşəkkillik və mənəviyyat yaradıcı fəaliyyətlə gələcək nəsillərə ötürülə bilmirsə o, tükənərək yox olub gedər. Ona görə də yaradıcı fəaliyyət mədəni insanı formalaşdıran əsas amillərdən biridir. Kulturologiyanın tərifində də məhz insanın yaradıcı fəaliyyəti, inkişaf qanunauyğunluqları və dəyişdirici imkanları nəzərdən keçirilir.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər