
Bu barədə Kremlin rəsmi numayəndəsi Dmitri Peskov “İnterfaks” agentliyinə açıqlamasında bildirib. O, həmçinin Rusiyada pandemiyanın sonunu avqustun əvvəlinə proqnozlaşdıran Sinqapur Universitetinin tədqiqatçılarının araşdırmasını şərh edib:
“Əgər Sinqapurdan olan elm adamlarının fərqli bir yanaşması varsa və bunu dərc ediblərsə, Sinqapurla əlaqə saxlamağı məsləhət görürük”.
Qeyd edək ki, Sinqapur Texnologiya və Dizayn Universitetinin tədqiqatçıları COVID-19 xəstəliyi ilə bağlı mövcud məlumatları təhlil edərək müxtəlif ölkələrdə koronavirus pandemiyasının nə vaxt sona çatacağına dair qrafik tərtib etmişdilər.
Tehsil-press.az