
Bunu Rabitə və Kütləvi Kommunikasiyalar nazirinin müavini Aleksey Volin deyib.
“Biz həmkarlarımızla baş verənləri diqqətlə izləyirik. Bizdə olan məlumata görə, bu günədək yüzə yaxın jurnalistə koronavirus infeksiyası diaqnozu qoyulub. 500-ə yaxın insan karantində və özünütəcriddədir. Təssüf ki, bu yaxınlarda Moskvada jurnalistlərdən biri dünyasını dəyişib”, - Volin "Koronavirus pandemiyası dövründə federal və regional KİV" mətbuat konfransı çərçivəsində bildirib.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 52 763-ə, ölənlərin sayı isə 456-ya çatıb.
Tehsil-press.az