1200-dən çox vətəndaşa onlayn formada pulsuz hüquqi yardım göstərilib

1200-dən çox vətəndaşa onlayn formada pulsuz hüquqi yardım göstərilib Pulsuz hüquqi yardım xidməti dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını rəhbər tutaraq vətəndaşların qəbulunu və telefon zənglərinin cavablandırılmasını müəyyən müddətə qədər dayandırıb.
Pulsuz hüquqi yardım xidmətindən “facebook” səhifəsinə və [email protected] elektron ünvanına yazmaqla onlayn yararlanmaq olar. O məlumat verib ki, aprel ayında 1205 nəfərə onlayn formada pulsuz hüquqi yardım göstərilib.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq hüquq şöbəsi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən hüquqi yardım xidmətləri göstərilməsi layihəsinə 2018-ci ilin mart ayından başlanılıb. Layihənin məqsədi hüquqi yardıma ehtiyacı olan həssas qrup vətəndaşlara, xüsusilə qadınlar, yetkinlik yaşına çatmayanlar, qaçqın və məcburi köçkünlər, milli azlıqlar, aztəminatlı ailələr üçün ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi, habelə əhalinin maarifləndirilməsi üçün hüququn müxtəlif sahələri üzrə məlumat xarakterli broşürlərin hazırlanmasından ibarətdir. Vətəndaşlara ailə, inzibati, əmək, əmlak, borc, miras, təqaüd, sosial yardım, istehlakçı hüquqları, cinayət və s. sahələrdə yaranan problemlərə dair məsləhətlər verilir.

Tehsil-press.az

Oxşar xəbərlər