
Sərəncamda bu quruma edilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Kollegiyanın təşəbbüsü ilə Şirvan şəhərində Yeni Azərbaycan Partiyasının qərargahında Şirvan şəhəri və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
Vəkillər Kollegiyasının bir qrup üzvləri 20-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.
Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin ölkəmizin digər regionlarında da keçirilməsi nəzərdə tutulub.
Tehsil-press.az