
Azərbaycanın ali məktəbləri arasında ilk dəfə olaraq bu ali təhsil ocağında hələ 2019-cu ilin dekabrında yaradılan psixoloji yardım xidmətinin məqsədi əməkdaş və tələbələrin peşəkar şəxsi inkişaf və yüksəlişinə kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixi sağlamlığını qorumaq, tələbələrin öz bacarıq və qabiliyyətlərinin üzə çıxarmasına yardımçı olmaqdır.
Psixoloji Yardım Sektorunda tələbələrdə yarana biləcək stress və stressin idarə olunması, emosional və psixi böhranın qarşısının alınması istiqamətində xidmətlər həyata keçirilir. Eyni zamanda, universitetin Sosial elmlər və psixologiya fakültəsinin IV kurs psixoloq-tələbələri tədris təcrübəsini onlayn formada Psixoloji Yardım Sektorunda yüksək peşəkarlıq və məsuliyyətlə yerinə yetirirlər.
Tehsil-press.az