
Bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev "Real İntevryu"da qonaq olarkən deyib.
O bildirib ki, karantin rejiminin uzadılması əslində insanların sağlamlığına yönəlmiş addımdır:
"İlk olaraq biz ancaq yoluxmanı önləyə bilərik. Karantin rejimi sərtləşdirilməsə, yoluxma halları davam edəcək. Bunun qarşısını almaq üçün ya peyvənd olmalıdır, ya da insanlar təbii yolla yoluxmalıdırlar. Önəmli olan yoluxmanın nəzarətimiz altında olmasıdır. Ara-sıra sərt karantin rejiminin olması labüddür. Toplumun 60-70 faizi yoluxmadığı müddətdə bu pandemiyanın qarşısını almaq qeyri-mümkündür".
Tehsil-press.az