Karantin qaydalarını pozan daha 1503 sürücü məsuliyyətə cəlb olunub

Karantin qaydalarını pozan daha 1503 sürücü məsuliyyətə cəlb olunub Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə daha 1503 nəfər cəzalandırılıb.
12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
01.04.2020-ci il tarixindən bu günədək isə respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Tehsil-press.az



Oxşar xəbərlər