Azərbaycanda koronavirus pandemiyasına qarşı dövlətin həyata keçirdiyi tədbirlər sayəsində virusun yoluxma sayı azalıb. Digər ölkələrlə müqayisədə ölkəmiz bu prosesdə böyük nailiyyətlər əldə edib. Lakin bu rəqəmlər növbəti günlərdə edilə biləcək laqeydlik və karantin qaydalarına əməl olunmaması nəticəsində yenidən mənfiyə doğru dəyişə bilər. Hazırda Azərbaycanda karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola bilər. Əhali bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən hamının sosial məsuliyyətdən irəli gələrək hər bir zaman mövcud qaydalar və şəxsi gigiyena, zəruri profilaktik qaydalara əməl etməsi vacibdir.
Bunun ilk siqnalını ölkə Prezidenti İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərində sakinlərlə görüşündə bildirib. Prezident qeyd edib ki, karantin müddətində daim monitorinq aparılacaq:
"Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır".
Artıq hökumət mütəxəssislərin rəyi əsasında bununla bağlı yekdil qərara gəlib. Baş Nazir Əli Əsədov Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında bildirib ki, yoluxma halları təkrar artacağı halda Nazirlər Kabineti yayında Operativ Qərargah xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi haqqında qərar qəbul edə bilər.
Azərbaycanda koronavirusun müayinəsi və müalicəsini həyata keçirən qurum, TƏBİB də növbəti atılacaq addımlara ehtiyatla yanaşmağı təklif edir. Qurumun rəhbəri Ramin Bayramlı brifinq zamanı qeyd edib ki, karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğanın qayıtması, virusun yayılması baş verə bilər:
"Karantin rejiminin tətbiqi nəticəsində əldə olunan nailiyyətlər qətiyyən laqeydlik yaratmamalıdır. Vaksinasiya problemi həll edilməyənədək virusun əhali arasında yayılma riski böyükdür. Vaksinasiyanın bir il ərzində tapılması proqnozlarını nəzərə almalıyıq".
Xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma epidemioloji vəziyyət tələb edərsə, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər. Vətəndaşlar bilməlidir ki, xəstəliyə yoluxma surəti çoxalarsa, hər an məhdudiyyətlər gücləndirilə bilər.
Tehsil-press.az