Rusiyada ağır yol qəzası: 8 ölü, 3 yaralı

Rusiyada ağır yol qəzası: 8 ölü, 3 yaralı Rusiyanın Tuva Respublikasında ağır yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər həlak olub.
Hadisə R-257 “Yenisey” yolunun 953-cü kilometrliyində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində yeddi nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Respublikanın Səhiyyə Nazirliyindən “TASS”a bildirilib ki, üç nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan biri ağır vəziyyətdədir.

Tehsil-press.az

Oxşar xəbərlər